AİH-in Baş icraçı direktoru Bakı Enerji Forumunda çıxış edib
İyunun 1-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu işə başlayıb.
600-dən çox nümayəndənin iştirak etdiyi konfransda keçid dövründə energetikaya dair yeni çağırışlar, o cümlədən Avropanın qlobal enerji təhlükəsizliyi və bu perspektivdə Azərbaycanın enerji sektorunun rolu müzakirə olunub.
Forumun Qlobal enerji perspektivləri mövzusundakı panel sessiyasında çıxış edən Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov bir sıra suallara cavab verərək AİH tərəfindən portfel şirkətlərdə korporativ idarəetmə sahəsində həyata keçirilən islahatlar, görülmüş işlər və bugünədək əldə olunmuş müsbət nəticələr barədə sessiya iştirakçılarına geniş məlumat verib.
Çıxışlar və müzakirələrdə Azərbaycanın enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, enerji ixracı, yaşıl enerjinin istehsalı və ixracı kimi məsələlərə toxunulub.