AİH-in Baş İcraçı direktoru ilə BƏƏ-nin ölkəmizdəki səfiri arasında görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib.
Baş icraçı direktor Ruslan Əlixanov AİH ilə BƏƏ-nin investisiya fond və şirkətləri arasında hazırda danışıqları aparılan layihələrin cari statusu barədə səfir Məhəmməd Əl Bluşiyə məlumat verib.
Görüş zamanı BƏƏ səfiri Məhəmməd Əl Bluşi ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə həmçinin potensial əməkdaşlıq perspektivləri, enerji, maliyyə və ictimai xidmətlər sektorlarına investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.