AİH ilə OIB arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
3 noyabr 2024-cü il tarixində Məsqət şəhərində keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 16-cı illik iclası çərçivəsində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov Oman İnvestisiya Bankının (OIB) Baş icraçı direktoru David Brawn ilə görüşüb.
Görüş zamanı AİH və OIB arasında müxtəlif sahələrdə, o cümlədən dövlət müəssisələrinin özəlləşdirilməsi, kapital bazarlarına çıxış və investisiya imkanlarının təşviqi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
OIB Oman hökumətinə məxsus olan və baş ofisi Məsqət şəhərində yerləşən korporativ investisiya bankıdır.