AİH ilə Nomura Asset Management arasında görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) Yaponiyanın ən böyük investisiya banklarından biri hesab olunan Nomura Asset Management bankının Orta Şərq üzrə Baş icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş çərçivəsində AİH-in idarəetməsində olan dövlət müəssisələrinin fəaliyyət göstərdikləri sahələrə xarici investisiyaların cəlb edilməsi və layihələrin maliyyələşdirilməsi mövzuları müzakirə edilib.