AİH-də Wuhan FiberHome International Technologies Co., Ltd şirkəti ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) Çin Xalq Respublikasının Dövlətə məxsus aktivlərə nəzarət və onların idarə edilməsi üzrə qurumu (SASAC) ilə əməkdaşlıq çərçivəsində SASAC-ın nəzarətində olan Wuhan FiberHome International Technologies Co., Ltd şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə şirkətin məhsul və xidmətləri, eləcə də fiber optik rabitə sahəsindəki ən son nailiyyətlər və məlumatlara dair fikir mübadiləsi aparılıb, həmçinin AİH-in idarəetməsində olan dövlət müəssisələri və Wuhan FiberHome International Technologies Co., Ltd arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.