AİH-də Türkiyə Varlıq Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Press-relizlər | 15.11.2022

  Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə Türkiyə Varlıq Fondunun Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Salim Arda Ermutun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 Görüşdə 2016-cı ildə yaradılmış Türkiyə Varlıq Fondunun maliyyə, nəqliyyat-logistika, enerji, telekommunikasiya və digər sahələrdəki portfel şirkətlərinin fəaliyyəti, AİH-in məqsədləri və tərəfindən bu günədək görülmüş işlər, dünya və regionda baş verən son hadisələr fonunda yaranmış yeni imkanlar, eləcə də əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.