AİH-də İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş çərçivəsində AİH və AİH-in idarəetməsində olan dövlət müəssisələrinin İİB, İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə birgə əməkdaşlıq perspektivləri, potensial dövlət-özəl tərəfdaşlıq layihələri, birbaşa xarici investisiyaların cəlb edilməsi və maliyyələşdirmə imkanları kimi mövzular müzakirə edilib.