AİH-də Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti Dünya Bankının nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dünya Bankı ilə birgə “Azərbaycan İnvestisiya Holdinqi və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” üzrə birgə layihənin icrası ilə bağlı ölkəmizdə səfərdə olan missiyasının yekunu, hesabatlılıq sistemlərinin (ERP) diaqnostikası, maliyyə dayanıqlılığı, özəlləşdirmə təcrübələri və digər istiqamətlər üzrə hazırda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub, eləcə də gələcək üçün əməkdaşlıq prioritetləri müəyyən olunub.