AİH-də Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dünya Bankı ilə birgə “Azərbaycan İnvestisiya Holdinqi və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” üzrə birgə layihənin icra vəziyyəti, AİH-in idarəetməsində olan dövlət müəssisələrində səmərəliliyinin artırılması istiqamətində görülən işlər, dövlət müəssisələrində dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi və maraq doğuran digər məsələlər müzakirə edilib.