AİH-də Beynəlxalq Maliyyə Korporasiyası ilə görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ölkəmizdə səfərdə olan Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İnfrastruktur üzrə direktoru xanım Şeril Hanveyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə tərəflər arasında AİH, idarəetməsində olan dövlət müəssisələri və IFC-nin fəaliyyət prioritetləri müzakirə edilib, həmçinin maliyyələşdirilmə üçün potensial layihələrə dair fikir mübadiləsi aparılıb.