AİH-də AYİB-in nümayəndə heyəti ilə növbəti görüş keçirilib

28 fev 2024
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ölkə və maliyyə institutları üzrə kredit riskinin idarə edilməsi departamentinin direktoru Pol Cenninqsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. 

Görüşdə AYİB ilə mövcud əməkdaşlıq istiqamətləri və bank sektorunda perspektiv layihələr barədə fikir mübadiləsi aparılıb.