AİH-də Asiya İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
Azərbaycan İnvestisiya Holdinqində (AİH) Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AİH-in fəaliyyəti, qarşıya qoyulmuş məqsədlər və dövlət müəssisələrində korporativ idarəetmə sahəsində aparılan islahatlar barədə AİB nümayəndələri məlumatlandırılıb. Tərəflər arasında birgə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.