AİH-də Asiya İnfrastruktur İnvestisiya Bankı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinin fəaliyyəti barədə AİİB-in nümayəndə heyətini məlumatlandıraraq, onlar üçün maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılmasının və fəaliyyət göstərdikləri sahələrə xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər arasında AİH - AİİB birgə əməkdaşlıq perspektivləri, xarici investisiyaların cəlb edilməsi üçün potensial layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.