AİH Azərbaycan üçün Çevik Texniki Yardım Aləti üzrə görülmüş işlərə dair hesabat tədbirində iştirak edib
Avropa İttifaqının maliyyə dəstəyi ilə Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə görülmüş işlərə dair hesabat tədbiri təşkil olunub. AZTAF çərçivəsində icra olunan doqquz texniki yardım komponenti ilə bağlı görülən işlər hesabat şəklində tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirdə Azərbaycan İnvestisiya Holdinqi Dünya Bankı ilə 2021-ci ildən hal-hazıradək davam edən sıx əməkdaşlıq çərçivəsində AZTAF-ın “Dövlət müəssisələrinin korporativ idarəedilməsi və hesabatlılığı sahəsində islahatlar” adlı texniki yardım komponenti üzrə görülmüş işlər haqqında təqdimatla çıxış edib.