Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi. Neftin, qazın, qaz kondensatının hasilatı, emalı və nəqli, həmçinin neft, qaz və neft-kimya məhsullarının daxili və xarici bazarlarda satışını həyata keçirən Azərbaycan Respublikasının ən böyük dövlət şirkəti.

“AzerGold” QSC

Əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, daşınması, emalı və satışı, eləcə də yeni texnologiyalar tətbiq etməklə beynəlxalq standartlara uyğun rəqabətə davamlı məhsulların istehsalını həyata keçirən dövlət müəssisəsi.

“Azərbaycan Dəmir Yolları” QSC

Fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalarını, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsini, dəmir yollarında hərəkətin idarə edilməsini, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsini və səmərəli istifadə olunmasını və dəmir yolu sahəsində digər xidmətləri həyata keçirən əsas dövlət müəssisəsi.

“Azərbaycan Hava Yolları” QSC

Mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsini həyata keçirən, Azərbaycan Respublikası əhalisinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatını təmin edən Azərbaycanın ən böyük aviadaşıyıcı dövlət şirkəti.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılmasını, dənizdə həyata keçirilən neft-qaz və digər layihələrdə daşıyıcı, eləcə də ticarət gəmiçiliyinin fəaliyyət növləri üzrə xidmətlərin davamlı sürətdə göstərilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin və elmi-texniki innovasiyaların tətbiqini həyata keçirən, yerli və xarici, fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli və rəqabətə davamlı xidmətlər təqdim edən dövlət müəssisəsi.

”Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC

Dəniz nəqliyyatının məhsula, işə və xidmətə olan ehtiyaclarının ödənilməsinə yönəlmiş liman xidmətləri göstərmək hüququna malik, səhmləri tam olaraq dövlətə məxsus səhmdar cəmiyyət.

“Bakı Metropoliteni” QSC

Sərnişinlərin metro nəqliyyatında daşınmasını həyata keçirən, habelə metropolitenin maddi-texniki bazasını gücləndirməklə, yeni metro xətlərinin və stansiyalarının tikintisini icra etməklə metropolitenin inkişaf etdirilməsini təmin edən dövlət şirkəti.

“Təmiz Şəhər” ASC

Bakı şəhəri ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun mütəşəkkil şəkildə qurmaqla və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən dövlət müəssisəsi.

“Baku Bus” MMC

Bakı şəhərində beynəlxalq standartlara uyğun avtobus nəqliyyatı seqmenti üzrə sərnişindaşınmanı həyata keçirən, bu zaman texniki və ekoloji təhlükəsizliyi təmin edən dövlət müəssisəsi.

“Azərbaycan Beynəlxalq Bankı” ASC

Maliyyə və sosial ödənişlərin həyata keçirilməsində mühüm rol oynayan, əhaliyə və sahibkarlara geniş spektrli bank xidmətlərinin göstərilməsini və kreditlərin verilməsini həyata keçirən Azərbaycanın ən iri dövlət bankı.

“Azər Türk Bank” ASC

Əhaliyə və sahibkarlara geniş spektrli bank xidmətlərinin göstərilməsini və kreditlərin verilməsini həyata keçirən, səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsus olan kommersiya bankı.

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti

Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən və geniş sığorta agentliyi şəbəkəsinə malik dövlət sığorta şirkəti.