Səhiyyə Nazirliyi Respublika Qan Bankı Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirib

14 iyn 2026
News image
News image
News image
News image
News image

14 iyun – Ümumdünya Qan Donoru Günü münasibətilə Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

Tədbirdə dövlət qurumlarının, özəl müəssisələrin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, fəal qan donorları və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev ölkədə qan donorluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, son illərdə könüllü və təmənnasız qan donorluğuna maraq əhəmiyyətli dərəcədə artıb, bu isə qan ehtiyatlarının davamlı formalaşdırılmasına və minlərlə xəstənin müalicəsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində qan donorluğunun təşviqində fərqlənmiş müəssisələrə təşəkkür və təltiflər təqdim olunub. Təltif edilən qurumlar sırasında Azərbaycan İnvestisiya Holdinqi də yer alıb. Eyni zamanda, uzun illər ərzində könüllü donor kimi fəal iştirak edən və bu nəcib missiyaya mühüm töhfə verən şəxslər də mükafatlandırılıblar.