AİH-də “Morgan Stanley” bankının nümayəndə heyəti ilə görüş keçirilib

12 may 2026
News image
News image
News image

Azərbaycan İnvestisiya Holdinqində (AİH) “Morgan Stanley” bankının İnkişaf etməkdə olan bazarlar üzrə direktoru Gergey Vuhruşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Görüş zamanı maliyyə və investisiya sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, müxtəlif birgə təşəbbüs və layihələr üzrə potensial tərəfdaşlıq imkanlarından bəhs olunub. Eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.