AİH-in Baş icraçı direktoru dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib

17 dek 2025
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov ilə növbəti görüş keçirib.

ABŞ-nin Urbana-Şampeyn İllinoys Universitetində magistr təhsilini davam etdirən Əkbər Əsgərovla onlayn görüş zamanı bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb, öncəki görüş zamanı müzakirə olunmuş məsələlər və görülmüş işlər təhlil edilib, həmçinin gələcək planlar və prioritetlər müəyyənləşdirilib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.