Xəzinədarlıq və kapitalın idarə olunması şöbəsinin müdiri

Son tarix 02 may 2024

Azərbaycan İnvestisiya Holdinqi İqtisadiyyat və maliyyə departamentinin Xəzinədarlıq və kapitalın idarə olunması şöbəsinin müdiri vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Azərbaycan İnvestisiya Holdinqinin (AİH) xəzinədarlıq strategiyasını hazırlamaq və davamlı monitorinqini həyata keçirmək;
  • Maliyyə vəsaitlərindən məqsədli və səmərəli istifadə olunmasının idarəetməsini təşkil etmək;
  • Davamlı əməliyyat və kapitalın idarə olunması tələblərini qarşılamaq məqsədilə lazımi vəsaitin olmasını təmin etmək;
  • Likvidliyin idarə edilməsi üzrə modelin hazırlanması və nəzarətini həyata keçirmək;
  • Nağd, qeyri-nağd pul vəsaitlərinin və qiymətli kağızların, onların mühafizəsi qaydalarına riayət edilməklə alış-satışının aparılması və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsini təşkil etmək;
  • AİH-in yerli və xarici maliyyə institutlarında hesablarının idarə olunmasına nəzarət etmək;
  • AİH-in xəzinədarlıq və kapitalın idarə olunması sahəsini tənzimləyən normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasını təşkil etmək;
  • AİH-in idarəetməsinə verilmiş dövlət müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə xəzinədarlıq və kapitalın idarə olunması sahəsində metodiki dəstək göstərmək.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə və s. əlaqəli sahələr);
  • Xəzinədarlıq və investisiyaların idarə edilməsi sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
  • MS Office proqramlarında səlis işləmək bacarığı (mükəmməl Excel bacarıqlarına üstünlük verilir);
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (CFA, ACCA, CIMA, CPA və s.) malik olan şəxslərə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 2 may 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Qalan simvol sayı: 300