Təhlil şöbəsi - Analitika mərkəzinin aparıcı mütəxəssisi

Son tarix 13 noyabr 2024

Azərbaycan İnvestisiya Holdinqi Təhlil şöbəsi - Analitika mərkəzinə “Aparıcı mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Maliyyə platformaları ilə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi;
  • “Greenfield” layihələri ilə bağlı mövcud trendləri və imkanları qiymətləndirmək üçün araşdırmaların aparılması;
  • Maliyyə məlumatlarının toplanması və təhlili;
  • Mövcud və potensial investisiya layihələri üçün hesabatlar və təqdimatların hazırlanması, həmçinin sözügedən layihələrə dair məlumat bazalarının idarə edilməsi;
  • Potensial investisiya tərəfdaşları və maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin qurulmasında və qarşılıqlı əməkdaşlığın həyata keçirilməsində komandaya dəstək göstərilməsi;
  • Maraqlı tərəflərlə baş tutmuş görüşlərin protokollarının hazırlamasında və müzakirə zamanı razılaşdırılmış növbəti addımların davamlı monitorinqinin həyata keçirilməsində dəstək göstərilməsi.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi);
  • Maliyyə, investisiyaların təhlili və ya əlaqəli sahələr üzrə ən azı 2 il iş təcrübəsi;
  • MS Office və layihələrin idarə edilməsi üzrə müxtəlif proqramlarda səlis işləmək bacarığı;
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara malik olan şəxslərə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Əla kommunikasiya və münasibət qurmaq bacarıqları;
  • Güclü analitik və problem həlletmə bacarıqları;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 13 noyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Qalan simvol sayı: 300