Strateji layihələrin idarə edilməsi şöbəsinin baş mütəxəssisi və böyük mütəxəssisi
Son tarix 05 oktyabr 2024
Azərbaycan İnvestisiya Holdinqi Strateji idarəetmə departamentinin Strateji layihələrin idarə edilməsi şöbəsinin baş mütəxəssisi və böyük mütəxəssisi vəzifələri üzrə vakant yerlərə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- İri kapital layihələrinin hər bir mərhələsi üzrə ümumi icrasının monitorinqi, o cümlədən layihələrin icrasına “zaman” və “xərc” meyarları əsasında nəzarət etmək;
- Əsas səmərəlilik göstəriciləri üzrə hədəflər əsasında layihələrin gedişatına və göstəricilərinə nəzarət etmək;
- Effektivliyin və səmərəliliyin artırılması üçün layihələrin idarə edilməsi metodologiyalarını və alətlərini formalaşdırmaq;
- Layihələrin effektiv monitorinqini təmin etmək üçün müxtəlif funksional sahələr və əlaqəli tərəflərlə koordinasiyanı təşkil etmək;
- Layihə ilə bağlı görüş, vörkşop və məlumatlandırıcı sessiyalar vasitəsilə əlaqəli tərəfləri proseslərin gedişatı üzrə məlumatlı saxlamaq;
- Layihələr üzrə risklərin və əhəmiyyətli dəyişikliklərin vaxtında müəyyən edilməsi və monitorinqi üzrə təşəbbüskarlıq göstərmək;
- Layihə büdcələrinin, resurslarının və xərclərinin səmərəli idarə olunmasına nəzarət etmək;
- Layihələrin icrası zamanı normativ tələblərə və keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək;
- Layihələrin statusu və gedişatı ilə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihələrin monitorinqi proseslərinin inkişafı üçün ən yaxşı təcrübələri və davamlı təkmilləşdirmə təşəbbüslərini həyata keçirmək;
- Komanda üzvlərinə mentorluq və onların peşəkar inkişafına dəstək olmaqla güclü layihə menecerləri komandası qurmaq.
Namizədə dair tələblər:
- Ali təhsil (idarəetmə, maliyyə, layihələrin idarə edilməsi);
- Əlaqəli sahə üzrə ən azı 3 il (böyük mütəxəssis) və 5 il (baş mütəxəssis) iş təcrübəsi;
- MS Office və layihələrin idarə edilməsi üzrə müxtəlif proqramlarda səlis işləmək bacarığı;
- Müvafiq sahə üzrə müxtəlif sertifikatlara malik olan şəxslərə üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 5 oktyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.