Şöbə müdiri - Baş investisiya meneceri

Son tarix 31 iyul 2024

Azərbaycan İnvestisiya Holdinqi “Şöbə müdiri - Baş investisiya meneceri” vəzifəsinə dinamik və sahibkar ruhlu, müxtəlif investisiya sahələrində geniş təcrübəyə, o cümlədən özəl kapital (private equity), infrastruktur layihələri və vençur kapitalı sahələrində yüksək təcrübəyə malik namizədlər üzrə vakant yerə işə qəbul elan edir. 


Vəzifə funksiyaları:

İnvestisiya fondlarının yaradılması və idarə olunması (origination and management of investment funds):

  • Xarici tərəfdaşlarla birgə investisiya fondlarının yaradılması və idarə olunmasına rəhbərlik etmək;
  • Beynəlxalq investisiya tərəfdaşları və maraqlı tərəflərlə qarşılıqlı əlaqələr qurmaq.

İnvestisiya mənbələrinin müəyyən edilməsi (deal sourcing):

  • Özəl kapital (private equity), infrastruktur və vençur kapitalı daxil olmaqla müxtəlif sektorlarda potensial investisiya imkanlarını və mənbələrini müəyyənləşdirmək.

Qiymətləndirmə və hərtərəfli təhlil (valuation and due diligence):

  • Hədəf şirkətlərin maliyyə, əməliyyat və hüquqi qiymətləndirmələrini əhatə edən hərtərəfli təhlilini və qiymətləndirilməsini həyata keçirmək.

İnvestisiya əməliyyatlarının icrası (deal execution):

  • İnvestisiya əməliyyatlarını strukturlaşdırmaq, müzakirə etmək və yekunlaşdırmaq;
  • İnvestisiya qərarları və portfel idarəçiliyi üzrə rəhbərliyə strateji məlumatlar və tövsiyələr vermək.

Portfelin idarə edilməsi (portfolio management):

  • Portfel şirkətlərini investisiyadan sonra izləmək və idarə etmək, dəyər yaratmaq və istənilən gəlirləri təmin etmək;
  • İnvestisiya strategiyalarına təsir edə biləcək bazar meyilləri, sənaye inkişaf sahələri və tənzimləyici dəyişiklikləri izləmək və təqib etmək.

 

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Özəl kapital (private equity), infrastruktur və vençur kapitalı sahələri üzrə ən azı 5 il iş təcrübəsi;
  • Müxtəlif funksional komandalar və beynəlxalq tərəfdaşlarla, həmçinin müxtəlif layihələrdə uğurlu investisiyalar və portfel idarəçiliyi üzrə tutarlı təcrübə;
  • Güclü analitik və maliyyə modelləşdirməsi bacarıqları;
  • CFA, MBA kvalifikasiyalarına malik olan şəxslərə üstünlük verilir;
  • MS Office proqramlarında səlis işləmək bacarığı;
  • Əla kommunikasiya və münasibət qurmaq bacarıqları;
  • Dəyişkən və dinamik mühitdə uğurla işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır).

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 31 iyul 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.