Satınalmalar şöbəsinin Mütəxəssisi
Son tarix 17 aprel 2024
Müraciət müddəti başa çatıb
Azərbaycan İnvestisiya Holdinqi Təşkilati-təminat departamentinin Satınalmalar şöbəsinə “Mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq satınalmaların təşkilində iştirak;
- Satınalmalar zamanı mallara (işlərə və xidmətlərə) olan tələbatın düzgün müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanması;
- Satınalma predmetləri üzrə ehtimal olunan qiymətlərin hesablanması və bazar araşdırmalarının aparılması;
- Təchizatçılarla səmərəli və konstruktiv əlaqələrin qurulması;
- Mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq satınalmaların keçirilməsinin təşkilində iştirak;
- Satınalma müqavilələrinin reyestrinin aparılması və icrasına nəzarət edilməsi;
- Keçirilmiş satınalmalar üzrə hesabatların hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə, habelə Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyinin göstərişlərində nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (iqtisadi idarəetmə, maliyyə, hüquq və s. əlaqəli sahələr);
- Dövlət satınalmaları sahəsində ən azı 1 il iş təcrübəsi;
- Texniki-iqtisadi və hüquqi əsaslandırmalar üzrə biliklər;
- Dövlət satınalmaları üzrə təlimlərdə iştiraka dair sertifikat (CIPS sertifikatına üstünlük verilir);
- MS Office proqramlarında səlis işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (orta), Rus dili (arzuolunandır);
- Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 17 aprel 2024-cü il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.