Satınalmalar şöbəsinin Baş mütəxəssisi

Son tarix 17 aprel 2024

Azərbaycan İnvestisiya Holdinqi Təşkilati-təminat departamentinin Satınalmalar şöbəsinə “Baş mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq satınalmaların təşkilində iştirak;
  • Satınalmalar zamanı mallara (işlərə və xidmətlərə) olan tələbatın düzgün müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanması;
  • Satınalma predmetləri üzrə ehtimal olunan qiymətlərin hesablanması və bazar araşdırmalarının aparılması;
  • Təchizatçılarla səmərəli və konstruktiv əlaqələrin qurulması;
  • Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaların, eləcə də kağız daşıyıcılarında satınalmaların qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsinin təşkilində iştirak;
  • Mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq bağlanılmış satınalma müqavilələrinin reyestrinin aparılması və icrasına nəzarət edilməsində iştirak;
  • Keçirilmiş satınalmalar üzrə hesabatların hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə, habelə Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyinin göstərişlərində nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (iqtisadi idarəetmə, maliyyə, hüquq və s. əlaqəli sahələr);
  • Dövlət satınalmaları üzrə ən azı 4 il iş təcrübəsi;
  • Texniki-iqtisadi və hüquqi əsaslandırmalar üzrə biliklər;
  • Dövlət satınalmaları üzrə təlimlərdə iştiraka dair sertifikat (CIPS sertifikatına üstünlük verilir);
  • MS Office proqramlarında səlis işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (orta), Rus dili (arzuolunandır);
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 17 aprel 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.