Risklərin idarə olunması və komplayens şöbəsinin müdiri

Son tarix 12 aprel 2024

Azərbaycan İnvestisiya Holdinqi Portfel şirkətlərinin fəaliyyətinin auditi və nəzarət departamentinin Risklərin idarə olunması və komplayens şöbəsinin müdiri vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Portfel şirkətlərində (PŞ) risklərin idarə olunması funksiyasının qurulması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • PŞ-lərdə risklərin idarə olunması üzrə siyasət, prosedur və qaydaların beynəlxalq standartlara və təcrübəyə uyğunluğunun qiymətləndirilməsi və tövsiyələrin verilməsi;
  • PŞ-lərdə risklərin aşkarlanması və qiymətləndirilməsi proseslərinin təhlil edilməsi;
  • PŞ-lərdə risklərin idarə olunması üzrə hesabatların təhlil edilməsi, nəticələrlə bağlı tövsiyələrin verilməsi;
  • PŞ-lərdə Audit Komitələrinin risklərin idarə edilməsi ilə bağlı verdiyi tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət edilməsi;
  • PŞ-lərdə komplayens sahəsi üzrə ehtiyac duyulan siyasət və prosedurların hazırlanması və ya hazırlanmasına dəstək göstərilməsi;
  • PŞ-lərdə komplayens üzrə İllik Fəaliyyət Planının monitorinqinin həyata keçirilməsi;
  • Şöbədaxili iş bölgüsünün aparılması, şöbə işçilərinin vəzifələrinin vaxtında və düzgün icrasına nəzarət edilməsi;
  • Şöbə qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti daxilində digər tədbirlərin görülməsi və göstərişlər verilməsi;
  • Xidməti vəzifələrin icrası ilə bağlı departament müdirinin tapşırıqlarının yerinə yetirilməsi.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və ya hüquq sahəsi üzrə);
  • Risklərin idarə olunması, komplayens, daxili və ya kənar audit üzrə ən azı 5 il iş təcrübəsi;
  • Korporativ idarəetmə, risklərin idarə olunması və komplayens sahəsində bilik və bacarıqlar;
  • Siyasət, qayda və prosedurların yazılması üzrə bilik və bacarıqlar;
  • Risklərin idarə olunması, komplayens, audit və digər müvafiq sahələr üzrə sertifikasiyaların olması üstünlükdür (CRMA, CIA, CFE, ACCA və s.);
  • MS Office proqramlarında səlis işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Komandanı idarəetmə qabiliyyəti;
  • Analitik və kritik düşünmə bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və yüksək səviyyədə ünsiyyət bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 12 aprel 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.