Risklərin idarə olunması və komplayens şöbəsinin Baş mütəxəssisi

Son tarix 12 aprel 2024

Azərbaycan İnvestisiya Holdinqi Portfel şirkətlərinin fəaliyyətinin auditi və nəzarət departamentinin Risklərin idarə olunması və komplayens şöbəsinə “Baş mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Portfel şirkətlərində (PŞ) risklərin idarə olunması üzrə siyasət, prosedur və qaydaların qiymətləndirilməsində şöbə müdirinə dəstək olunması;
  • PŞ-lərdə risklərin aşkarlanması və qiymətləndirilməsi proseslərinin təhlil edilməsi və bu barədə şöbə müdirinə təkliflərin verilməsi;
  • PŞ-lərdə risklərin idarə olunması üzrə hesabatların təhlil edilməsində şöbə müdirinə dəstək göstərilməsi;
  • Davamlı olaraq risklərin idarə edilməsi və komplayens sahəsi üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi;
  • PŞ-lərdə komplayens sahəsi üzrə ehtiyac duyulan siyasət və prosedurların hazırlanması və ya hazırlanmasına dəstək göstərilməsi;
  • Xidməti vəzifələrin icrası ilə bağlı şöbə müdirinin tapşırıqlarının yerinə yetirilməsi;
  • Şöbə qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti daxilində digər tədbirlərin görülməsi.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və ya hüquq sahəsi üzrə);
  • Risklərin idarə olunması, komplayens, daxili və ya kənar audit üzrə ən azı 4 il iş təcrübəsi;
  • Korporativ idarəetmə, risklərin idarə olunması və komplayens sahəsində bilik və bacarıqlar;
  • Siyasət, qayda və prosedurların yazılması üzrə bilik və bacarıqlar;
  • Risklərin idarə olunması, komplayens, audit və digər müvafiq sahələr üzrə sertifikasiyaların (CRMA, CIA, CFE, ACCA və s.) olması üstünlükdür;
  • MS Office proqramlarında səlis işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Analitik və kritik düşünmə bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və yüksək səviyyədə ünsiyyət bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 12 aprel 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.