Mühasibat uçotu və maliyyə hesabatlılığı şöbəsinin müdiri – Baş mühasib

Son tarix 03 oktyabr 2024

Azərbaycan İnvestisiya Holdinqi Maliyyə əməliyyatlarının idarə edilməsi departamentinin Mühasibat uçotu və maliyyə hesabatlılığı şöbəsinin müdiri – Baş mühasib vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Azərbaycan İnvestisiya Holdinqinin (AİH) mühasibat uçotunu audit və yerli və beynəlxalq mühasibat standartlarına uyğun aparmaq;
  • AİH-in mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsini tənzimləyən normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasını təşkil etmək;
  • AİH-in mühasibat standartlarını hazırlamaq və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • AİH-in maliyyə vəsaitlərinin hərəkətinin uçotunu aparmaq, statistika və digər mühasibat hesabatlarını hazırlamaq;
  • Vəsaitlərin səmərəli istifadəsi və koordinasiyasında iştirak etmək;
  • Şöbənin işini təşkil etmək və şöbə ilə bağlı hesabatları departament müdirinə təqdim etmək.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və s. əlaqəli sahələr);
  • Mühasibatlıq, hesabatlılıq və maliyyə idarəetməsində ən azı 8 il iş təcrübəsi (dövlət müəssisələrində iş təcrübəsinə xüsusi üstünlük verilir);
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) tətbiqi üzrə biliklər;
  • Vergi, əmək, mülki məcəllə və qüvvədə olan normativ-hüquqi aktlar üzrə biliklər;
  • Müvafiq sahə üzrə müxtəlif peşəkar sertifikatlara (ACCA, CIMA və s.) malik olan şəxslərə üstünlük verilir;
  • 1C və BTP proqramlarında sərbəst işləmək bacarığı;
  • MS Office proqramlarında səlis işləmək bacarığı (mükəmməl Excel bacarıqlarına üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (orta səviyyədə), Rus dili (arzuolunandır);
  • Liderlik və idarəetmə bacarıqları;
  • Ünsiyyət, münasibət qurmaq və komanda ilə işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və məsuliyyətlilik.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 3 oktyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.