Maliyyə hesabatları üzrə baş maliyyəçi

Son tarix 27 yanvar 2024

Azərbaycan İnvestisiya Holdinqi İqtisadiyyat və maliyyə departamentinin Mühasibat uçotu və maliyyə hesabatlılığı şöbəsinə “Maliyyə hesabatları üzrə baş maliyyəçi” vəzifəsinə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Aylıq, rüblük, yarımillik və illik fərdi və konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması;
  • Kənar auditorlar, dövlət orqanları və digər üçüncü tərəflərlə davamlı və effektiv kommunikasiyanın təmin olunması;
  • Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
  • Rüblük və illik əsasda büdcənin icrasına nəzarət, faktiki xərclər ilə büdcə arasında yaranmış fərqlərin təhlilinin aparılması;
  • Mühasibat uçotu siyasətinə davamlı baxılması, yenilənməsi, bütün Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilmiş dövlət müəssisələrinə tətbiqi imkanlarının qiymətləndirilməsi;
  • Rəhbərlik üçün nəzərdə tutulmuş hesabatların hazırlanması və müxtəlif maliyyə təhlillərinin aparılması;
  • Maliyyə və vergi hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və yerli qanunvericiliyə uyğun olaraq hazırlanması;
  • Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
  • AİH-in maliyyə hesabatlılığı üzrə standartların hazırlanması və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsində iştirak;
  • Hesabat üçün nəzərdə tutulan məlumatın toplanılması, tamlığının yoxlanılması, təhlillərin aparılması və sistemləşdirilməsinin həyata keçirilməsində iştirak;
  • Maliyyə göstəricilərinin daxili sistemə inteqrasiyası prosesində iştirak;
  • Şöbədaxili prosedurların tərtib olunmasında, təqdimatların hazırlanmasında yaxından iştirak; 
  • İşgüzar danışıqların aparılması və daxil olan məktubların cavablandırılması.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və s. əlaqəli sahələr);
  • Audit, büdcələmə, maliyyə hesabatı sahəsində ən azı 3 il iş təcrübəsi (böyük dördlük (Big4) şirkətlərində və ya digər qabaqcıl şirkətlərdə iş təcrübəsi arzuolunandır);
  • Mikro və makroiqtisadiyyat üzrə biliklər;
  • Maliyyə modelləri ilə işləmək bacarığı;
  • Maliyyə sahəsi üzrə sertifikasiyaların olması (ACCA “Financial Accounting” və “Financial Reporting”) mütləqdir, digər sertifikasiyaların (CIMA, CFA və s.) olması üstünlükdür;
  • MS Office proqramlarında (MS Excel, Power BI, Power Point) mükəmməl işləmək bacarığı, digər proqramlarda (1C, SAP və s.) istifadəçi təcrübəsinə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Analitik bacarıqlar;
  • Sürətli öyrənmə qabiliyyəti;  
  • Təşəbbüskarlıq, yüksək səviyyədə ünsiyyət və münasibət qurmaq bacarıqları; 
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər CV-lərini 27 yanvar 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.