Maliyyə əməliyyatlarının idarə edilməsi departamentinin müdiri

Son tarix 22 sentyabr 2024

Azərbaycan İnvestisiya Holdinqi öz missiyasını effektiv həyata keçirmək üçün maliyyə funksiyasının inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə “Maliyyə əməliyyatlarının idarə edilməsi departamentinin müdiri” vəzifəsinə maliyyə idarəetməsində geniş təcrübəyə malik olan, əməliyyatların səmərəliliyini, dəqiqliyini və uyğunluğunu təmin edə biləcək strateji düşüncəli namizədlər üzrə vakant yerə işə qəbul elan edir. Maliyyə əməliyyatlarının idarə edilməsi departamentinin müdiri Xəzinədarlıq və kapitalın idarə olunması, Mühasibat uçotu və maliyyə hesabatlılığı və İqtisadiyyat və planlaşdırma şöbələrinə rəhbərlik edir.

 

Vəzifə funksiyaları:

  • Xəzinədarlıq və kapitalın idarə olunması: Müəssisənin likvidliyini, qısamüddətli investisiyalarını və risklərin idarə olunmasını nəzarətdə saxlamaq, optimal nağd pul axını və maliyyə sabitliyini təmin etmək;
  • Mühasibat uçotu və maliyyə hesabatlılığı: Maliyyə hesabatlarını hazırlamaq, audit və yerli və beynəlxalq mühasibat standartlarına uyğunluğu təmin etmək;
  • İqtisadiyyat və planlaşdırma: Portfel şirkətlərinin büdcə və planlama fəaliyyətinə dəstək olmaq, onların idarəetmə hesabatlarını təhlil etmək, illik və uzunmüddətli büdcələrinə rəy vermək, büdcə siyasətini formalaşdırmaq və tətbiq etmək.

 

Namizədə dair tələblər:

  • Xəzinədarlıq, mühasibatlıq, hesabatlılıq və maliyyə idarəetməsində ən azı 10 il iş təcrübəsi;
  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə müxtəlif peşəkar sertifikatlara (ACCA, CPA, CFA və s.) malik olan şəxslərə üstünlük verilir;
  • Maliyyə tənzimləmələri və uyğunluq standartları haqqında dərin biliklər;
  • Xəzinədarlıq və qısamüddətli kapitalın idarə edilməsi, maliyyə alətləri ilə bağlı biliklər;
  • Bacarıqlar:
    • Liderlik və idarəetmə bacarıqları;
    • Güclü analitik və problem həlletmə bacarıqları;
    • Şəxslərarası kommunikasiya bacarıqları;
    • Sürətli, dinamik mühitdə işləmə qabiliyyəti.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 22 sentyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.