Korporativ maliyyə şöbəsinin böyük mütəxəssisi

Son tarix 30 sentyabr 2024

Azərbaycan İnvestisiya Holdinqi Korporativ maliyyə və investisiyalar departamentinin Korporativ maliyyə şöbəsinə “Böyük mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • İnvestisiya fürsətlərinin və investisiya qoyuluşu layihələrinin təhlilinin müvafiq maliyyə modelləri (NPV, IRR və digər modellər) yaratmaqla həyata keçirilməsi;
  • Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət şirkətlərinə və müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə (bundan sonra – portfel şirkətləri) maliyyə idarəetməsi sahəsində metodiki dəstək göstərilməsi;
  • Portfel şirkətləri tərəfindən təqdim edilən qiymətləndirmə modelləri, layihə planları və investisiya memorandumlarının nəzərdən keçirilməsi və təhlili;
    Layihələrin prioritetləşdirilməsi və kapital qoyuluşu büdcələrinin təhlili və tərtibi;
  • Potensial portfel şirkətlərinin alınması və birləşdirilməsi (M&A) üzrə layihələr çərçivəsində araşdırma və təhlil proseslərində iştirak;
  • İnvestisiyalara uyğun təqdimatların, tövsiyə yazılarının və memorandumların hazırlanması prosesində iştirak;
  • Portfel şirkətlərinin maliyyə hesabatlarının müvafiq fəaliyyət istiqamətləri üzrə təhlili;
  • Portfel şirkətlərinin korporativ maliyyə sahəsində hüquqi aktlar, texniki norma və qaydalar, sahənin inkişafına yönəldilmiş proqramlar, inkişaf konsepsiyaları və digər sənədlərin layihələrinin işlənib hazırlanmasında iştirak.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə və s. əlaqəli sahələr);
  • Korporativ maliyyə, şirkətlərin qiymətləndirilməsi, maliyyə modelləşdirilməsi, investisiyalar sahəsi üzrə ən azı 3 il iş təcrübəsi (böyük dördlük (Big4) şirkətlərində və ya digər qabaqcıl konsaltinq şirkətlərində iş təcrübəsi arzuolunandır);
  • Texniki-iqtisadi əsaslandırmalar üzrə biliklər;
  • Maliyyə modelləşdirilməsi və şirkətlərin qiymətləndirilməsi üzrə praktiki biliklər;
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (CFA, ACCA, CIMA, CPA və s.) malik olan şəxslərə üstünlük verilir;
  • MS Office proqramlarında səlis işləmək bacarığı (mükəmməl Excel bacarıqlarına üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 30 sentyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.