İqtisadiyyat və planlaşdırma şöbəsinin Böyük mütəxəssisi

Son tarix 03 may 2024

Azərbaycan İnvestisiya Holdinqi İqtisadiyyat və maliyyə departamentinin İqtisadiyyat və planlaşdırma şöbəsinə “Böyük mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • İllik büdcənin hazırlanmasını həyata keçirmək;
  • Rüblük və illik əsasda büdcənin icraatına nəzarət etmək, faktiki xərclər ilə büdcə arasında yaranmış fərqlərin təhlilini aparmaq;
  • Azərbaycan İnvestisiya Holdinqinin və portfel şirkətlərinin idarəetmə hesabatlılığı üzrə standartlarının hazırlanması və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsində iştirak etmək;
  • İdarəetmə hesabatlılığı üçün nəzərdə tutulan məlumatın toplanılması, tamlığının yoxlanılması, təhlillərin aparılması və sistemləşdirilməsinin həyata keçirilməsində iştirak etmək;
  • Görülən işlər və onların nəticələrinə dair hesabatları müntəzəm olaraq şöbə müdirinə təqdim etmək;
  • Şöbədaxili prosedurların tərtib olunmasında, təqdimatların hazırlanmasında yaxından iştirak etmək;
  • İşgüzar danışıqlar aparmaq və daxil olan məktubları cavablandırmaq.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və s. əlaqəli sahələr);
  • Maliyyə, iqtisadiyyat, büdcələmə, investisiya sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
  • Maliyyə modelləri ilə işləmək, təhlil etmə bacarığı;
  • Büdcə planlaması, investisiya dəyərləndirilməsi və layihələrin idarə edilməsi üzrə bilik və bacarıqlar;
  • MS Excel, MS PowerPoint və Think-cell proqramlarında mükəmməl işləmək bacarığı;
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (CFA, FMVA, CAIA, FRM və s.) malik olan şəxslərə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Yüksək səviyyəli analitik bacarıqlar və kritik düşünmə bacarığı;
  • Təşəbbüskarlıq, liderlik bacarıqları, yüksək səviyyədə ünsiyyət, yazı və münasibət qurmaq bacarıqları; 
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 3 may 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Qalan simvol sayı: 300