İdarəetmə, Risk və Komplayens (GRC) üzrə mütəxəssis
Son tarix 31 avqust 2026
Azərbaycan İnvestisiya Holdinqi İnzibati idarəetmə ofisinin İnformasiya texnologiyaları və rəqəmsal həllər şöbəsinə “İdarəetmə, Risk və Komplayens (GRC) üzrə mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- İnformasiya təhlükəsizliyi üzrə siyasətləri, prosedurları və standartları hazırlamaq, aktuallaşdırmaq və tətbiqini müşayiət etmək;
- İnformasiya sistemləri, məlumatlar və şəbəkələr üzrə potensial təhlükə və zəifliklərin müəyyən edilməsi məqsədilə sistemli və risk əsaslı qiymətləndirmələri aparmaq;
- İnformasiya təhlükəsizliyi siyasətləri, prosesləri və texnologiyalarının effektivliyini qiymətləndirmək;
- Yoxlama nəticəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin icrasını izləmək;
- İdarəetmə, Risk və Komplayens (GRC) çərçivəsində proseslərin davamlı inkişafını dəstəkləmək;
- Risklərin azaldılması məqsədilə strategiyalar və tədbirlər planı hazırlamaq;
- Müxtəlif nəzarət, sınaq və qiymətləndirmə xarakterli hesabatları təhlil etmək və nəticələrin monitorinqini həyata keçirmək;
- İnformasiya təhlükəsizliyi prinsiplərini və beynəlxalq təcrübələri tətbiq etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və fərdi məlumatların qorunması sahəsində qanunvericiliyi üzrə biliklər;
- ISO 27001, NIST, CIS və COBIT standartları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili (orta);
- Məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət etmək bacarığı.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 31 avqust 2026-ci il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
