Data analitik

Son tarix 22 fevral 2024

Azərbaycan İnvestisiya Holdinqi "Data analitik" vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vakansiyanın təsviri:

Data analitik data strukturlarının yığılması, idarə olunması və optimallaşdırılmasına cavabdeh şəxsdir.

 

Vəzifə funksiyaları:

  • Verilənlərin araşdırılması və təhlili;
  • Data strukturlarının AİH-in tələblərinə uyğun yığılması və təkmilləşdirilməsi;
  • Verilənlərin maliyyə və qeyri-maliyyə mənbələrindən toplanılması;
  • Verilənlərin tələb olunan struktura uyğunluğunun və bütövlüyünün yoxlanılması və təlimata müvafiq qaydada vaxtında AİH-in məlumat bazalarına yüklənilməsi;
  • Data vizuallaşdırılmasının həyata keçirilməsi;
  • Verilənlərin toplanılması, saxlanılması, inteqrasiyası və sənədləşdirilməsinə dair siyasət və prosedurların nəzərdən keçirilməsi;
  • Verilənlərin düzgünlüyünün yoxlanılması istiqamətində maraqlı tərəflərlə müvafiq kommunikasiyanın təmin edilməsi.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və s. əlaqəli sahələr üzrə, beynəlxalq təhsilə üstünlük verilir);
  • Maliyyə institutlarında və ya aidiyyatı departamentlərdə data analitikası və ya data mühəndəsliyi sahələri üzrə ən azı 3 il iş təcrübəsi (beynəlxalq təcrübəyə üstünlük verilir);
  • Maliyyə hesabatları və təhlili üzrə biliklər;
  • SQL sorğuları ilə işləmək bacarığı;
  • Microsoft Excel, PowerPoint, Power BI və Visio proqramlarında səlis işləmək bacarığı;
  • Mükəmməl Azərbaycan və İngilis dili bilikləri (əlavə dil biliklərinə üstünlük verilir);
  • Yüksək səviyyəli analitik və problem həlletmə bacarıqları;
  • Diqqətlilik, məsuliyyətlilik və zamanın düzgün idarə edilməsi bacarığı;
  • Ünsiyyət və münasibət qurmaq bacarıqları.

 
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 22 fevral 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.