Aktivlərin idarə olunması departamentinin mütəxəssisi

Son tarix 15 oktyabr 2024

Azərbaycan İnvestisiya Holdinqi Aktivlərin idarə olunması departamentinə “Mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin (bundan sonra – portfel şirkətləri) səmərəliliyinin artırılması, maliyyə dayanıqlılığının yaxşılaşdırılması, gəlirlərinin artırılması və xərclərinin optimallaşdırılması üzrə imkanların müəyyən edilməsinə və təkliflərin hazırlanmasına dəstək olmaq;
  • Portfel şirkətlərinin korporativ idarəetmə orqanlarının fəaliyyətinə dəstək üçün müzakirə mövzusu olan məsələlərlə bağlı təhlillərin aparılması, hesabatlar və tövsiyələrin hazırlamasında iştirak etmək;
  • Portfel şirkətlərinin orta və uzunmüddətli strateji inkişaf, biznes planlarının təhlil edilməsində iştirak etmək və həmin şirkətlər qarşısında qoyulan hədəflərin icrasına nəzarəti təmin etmək;
  • Portfel şirkətləri tərəfindən hazırlanmış büdcələr, idarəetmə hesabatları, maliyyə modelləri, investisiya layihələri, eləcə də digər maliyyə və əməliyyat məlumatlarının, əməliyyat səmərəliliyinin artırılması ilə bağlı təklif olunan təşəbbüslərin təhlilini həyata keçirmək, onlar əsasında hesabatların və təqdimatların hazırlanmasında iştirak etmək;
  • İşgüzar yazışmaların aparılması və daxil olan məktubların cavablandırılmasında iştirak etmək.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (korporativ maliyyə/maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə);
  • İxtisası üzrə ən azı 1 il iş təcrübəsi;
  • CFA və ACCA üzrə sertifikasiyalar (müxtəlif səviyyələr üzrə arzuolunandır);
  • MS PowerPoint proqramında təqdimatların peşəkar səviyyədə hazırlanması təcrübəsi;
  • MS Excel proqramında aşağı çətinlik dərəcəsinə malik maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə (arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
  • Ünsiyyət, münasibət qurmaq bacarıqları və təşəbbüskarlıq.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 15 oktyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qalan simvol sayı: 300