Aktivlərin idarə olunması departamentinin baş mütəxəssisi
Son tarix 15 oktyabr 2024
Azərbaycan İnvestisiya Holdinqi Aktivlərin idarə olunması departamentinə “Baş mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin (bundan sonra – portfel şirkətləri) səmərəliliyinin artırılması, maliyyə dayanıqlılığının yaxşılaşdırılması, gəlirlərinin artırılması və xərclərinin optimallaşdırılması üzrə imkanları müəyyən etmək və təkliflər hazırlamaq;
- Portfel şirkətlərinin korporativ idarəetmə orqanlarının fəaliyyətinə dəstək üçün müzakirə mövzusu olan məsələlərlə bağlı təhlillər aparmaq, hesabatlar və tövsiyələr hazırlamaq;
- Portfel şirkətlərinin orta və uzunmüddətli strateji inkişaf, biznes planlarını təhlil etmək və həmin şirkətlər qarşısında qoyulan hədəflərin icrasına nəzarəti təmin etmək;
- Portfel şirkətləri tərəfindən hazırlanmış büdcələr, idarəetmə hesabatları, maliyyə modelləri, investisiya layihələri, eləcə də digər maliyyə və əməliyyat məlumatlarının, əməliyyat səmərəliliyinin artırılması ilə bağlı təşəbbüslərin təhlilini həyata keçirmək, onlar əsasında hesabatlar və təqdimatlar hazırlamaq;
- Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətlərindən irəli gələn təşəbbüslər üzrə yerli və xarici məsləhətçi şirkətlərlə birbaşa işləmək və effektiv ünsiyyəti təmin etmək;
- İşgüzar yazışmaları aparmaq və daxil olan məktubları cavablandırmaq.
Namizədə dair tələblər:
- Ali təhsil (korporativ maliyyə/maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə);
- İxtisası üzrə ən azı 4 il iş təcrübəsi və ən azı 1 il idarəetmə təcrübəsi;
- CFA üzrə akkreditasiya sahibi və ya ACCA üzvü olmaq (arzuolunandır);
- Maliyyə və əməliyyat vəziyyətinin təhlilinin (due diligence) aparılması təcrübəsi (arzuolunandır);
- MS PowerPoint proqramında təqdimatların peşəkar səviyyədə hazırlanması təcrübəsi;
- MS Excel proqramında maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
- Ünsiyyət, münasibət qurmaq bacarıqları və təşəbbüskarlıq.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 15 oktyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.