Aktivlərin idarə olunması departamentində Şöbə müdiri
Son tarix 20 noyabr 2024
Müraciət müddəti başa çatıb
Azərbaycan İnvestisiya Holdinqi Aktivlərin idarə olunması departamentinə “Şöbə müdiri” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilmiş dövlət müəssisələri ilə koordinasiyalı şəkildə onların orta və uzunmüddətli inkişaf strategiyalarının hazırlanmasında, onların səhmdar gözləntisi və AİH-in strategiyası ilə uzlaşdırılmasında və monitorinqinin aparılmasında iştirak etmək;
- Dövlət müəssisələrinin fəaliyyət istiqamətləri üzrə səmərəlilik göstəriciləri əsasında idarəetmə orqanlarının fəaliyyətinin qiymətləndirilməsində iştirakı təşkil etmək;
- Dövlət müəssisələrinin korporativ idarəetmə orqanlarının fəaliyyətinə dəstək üçün müzakirə mövzusu olan məsələlərlə bağlı təhlillərin aparılması, hesabatlar və tövsiyələrin hazırlanması işini təşkil etmək;
- Dövlət müəssisələri tərəfindən hazırlanmış büdcələr, idarəetmə hesabatları, maliyyə modelləri, investisiya layihələri, eləcə də digər maliyyə və əməliyyat məlumatlarının, əməliyyat səmərəliliyinin artırılması ilə bağlı təşəbbüslərin təhlilini, onlar əsasında hesabatlar və təqdimatların hazırlanması işini təşkil etmək;
- Dövlət müəssisələrinin maliyyə modellərinin, büdcə planlaşdırmasının, biznes planının qurulması və təkmilləşdirilməsində metodiki dəstəyin təmin olunmasını təşkil etmək;
- AİH-in fəaliyyət istiqamətlərindən irəli gələn təşəbbüslər üzrə yerli və xarici məsləhətçi şirkətlərlə birbaşa işləmək və effektiv ünsiyyəti təmin etmək;
- Şöbənin fəaliyyətinə rəhbərlik etmək, şöbənin əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
- Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (korporativ maliyyə/maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə);
- İxtisası üzrə ən azı 5 il iş təcrübəsi və ən azı 1 il idarəetmə təcrübəsi;
- CFA üzrə akkreditasiya sahibi və ya ACCA üzvü olmaq;
- Maliyyə və əməliyyat vəziyyətinin təhlilinin (due diligence) aparılması təcrübəsi (arzuolunandır);
- MS PowerPoint proqramında təqdimatların peşəkar səviyyədə hazırlanması təcrübəsi;
- MS Excel proqramında maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- İdarəetmə və komanda qurmaq bacarığı;
- Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
- Ünsiyyət, münasibət qurmaq bacarıqları və təşəbbüskarlıq.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 20 noyabr 2024-cü il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.