Data analitik
Son tarix 22 fevral 2024
Azərbaycan İnvestisiya Holdinqi "Data analitik" vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vakansiyanın təsviri:
Data analitik data strukturlarının yığılması, idarə olunması və optimallaşdırılmasına cavabdeh şəxsdir.
Vəzifə funksiyaları:
- Verilənlərin araşdırılması və təhlili;
- Data strukturlarının AİH-in tələblərinə uyğun yığılması və təkmilləşdirilməsi;
- Verilənlərin maliyyə və qeyri-maliyyə mənbələrindən toplanılması;
- Verilənlərin tələb olunan struktura uyğunluğunun və bütövlüyünün yoxlanılması və təlimata müvafiq qaydada vaxtında AİH-in məlumat bazalarına yüklənilməsi;
- Data vizuallaşdırılmasının həyata keçirilməsi;
- Verilənlərin toplanılması, saxlanılması, inteqrasiyası və sənədləşdirilməsinə dair siyasət və prosedurların nəzərdən keçirilməsi;
- Verilənlərin düzgünlüyünün yoxlanılması istiqamətində maraqlı tərəflərlə müvafiq kommunikasiyanın təmin edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və s. əlaqəli sahələr üzrə, beynəlxalq təhsilə üstünlük verilir);
- Maliyyə institutlarında və ya aidiyyatı departamentlərdə data analitikası və ya data mühəndəsliyi sahələri üzrə ən azı 3 il iş təcrübəsi (beynəlxalq təcrübəyə üstünlük verilir);
- Maliyyə hesabatları və təhlili üzrə biliklər;
- SQL sorğuları ilə işləmək bacarığı;
- Microsoft Excel, PowerPoint, Power BI və Visio proqramlarında səlis işləmək bacarığı;
- Mükəmməl Azərbaycan və İngilis dili bilikləri (əlavə dil biliklərinə üstünlük verilir);
- Yüksək səviyyəli analitik və problem həlletmə bacarıqları;
- Diqqətlilik, məsuliyyətlilik və zamanın düzgün idarə edilməsi bacarığı;
- Ünsiyyət və münasibət qurmaq bacarıqları.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 22 fevral 2024-cü il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.