Biznes analitik
Son tarix 06 dekabr 2026
Azərbaycan İnvestisiya Holdinqi İnzibati idarəetmə ofisinin İnformasiya texnologiyaları və rəqəmsal həllər şöbəsinə “Biznes analitik (Aparıcı mütəxəssis)” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- Biznes proseslərini tənzimləyən daxili normativ sənədləri və istifadəçi təlimatlarını hazırlamaq;
- Biznes ehtiyacları və tələblərini təhlil etmək, dəyişikliklərə dair spesifikasiyaları nəzərdən keçirmək və formalaşdırmaq;
- Əməliyyat və strateji dəyişikliklər üçün innovativ həllər təklif etmək, həllərin biznes ehtiyacları və tələblərinə uyğunluğunu təmin etmək;
- AİH və portfel şirkətlərində həyata keçirilən rəqəmsallaşma layihələrini (kibertəhlükəsizlik, süni intellekt, innovasiya və s.) təhlil etmək, planlaşdırmaq və əlaqələndirmək;
- Layihələr üzrə tapşırıqların icrasını təmin etmək və müvafiq hesabatlar hazırlamaq;
- Dövlət müəssisələri üzrə məlumatların toplanması və istifadəsi proseslərinin avtomatlaşdırılmasını təşkil etmək;
- Dövlət müəssisələrinin məlumatlarını özündə əks etdirən Vahid İnformasiya Sisteminin hazırlanmasını və inkişaf etdirilməsini təmin etmək, müvafiq təlimatların hazırlanmasında iştirak etmək;
- Məlumat bazalarını idarə etmək və onların müntəzəm monitorinqini həyata keçirmək.
Namizədə dair tələblər:
- Biznesin idarə edilməsi, iqtisadiyyat, informasiya sistemləri, mühəndislik və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- Biznes analitikası, rəqəmsal transformasiya və ya əlaqəli sahələr üzrə ən azı 3 il iş təcrübəsi (dövlət sektoru və ya iri təşkilati və rəqəmsal transformasiya layihələri üzrə iş təcrübəsinə üstünlük verilir);
- Rəqəmsal transformasiya yol xəritələrinin hazırlanması, təşəbbüslərin prioritetləşdirilməsi, icra mexanizmlərinin, KPI-ların, risklərin və asılılıqların müəyyən edilməsi bacarığı;
- PMI-PBA və PMP sertifikatları (arzuolunandır);
- MS Office proqramlarında səlis işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, İngilis dilində peşəkar mənbələrlə işləmək və işgüzar kommunikasiya bacarığı;
- Məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət etmək bacarığı.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 6 dekabr 2026-cı il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
