İnvestorlarla əlaqələr şöbəsinin aparıcı mütəxəssisi

Deadline 31 July 2025

Azərbaycan İnvestisiya Holdinqi Korporativ maliyyə və investisiyalar departamentinin İnvestorlarla əlaqələr şöbəsinə “Aparıcı mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Potensial investisiya tərəfdaşları və maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin qurulmasında və qarşılıqlı əməkdaşlığın həyata keçirilməsində komandaya dəstək göstərilməsi;
  • Suveren sərvət fondları və institusional tərəfdaşlarla birgə investisiya fondları və platformalarının yaradılmasında komandaya dəstək göstərilməsi;
  • Maliyyə platformaları və beynəlxalq investisiya qurumları ilə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi;
  • İnvestisiya imkanlarının müəyyənləşdirilməsi və layihələrin dəyərləndirilməsi məqsədilə müvafiq məlumatların toplanması və təhlili;
  • Mövcud və potensial investisiya layihələri üçün hesabatlar və təqdimatların hazırlanması, sözügedən layihələrə dair məlumat bazalarının idarə edilməsi;
  • Maraqlı tərəflərlə baş tutmuş görüşlərin protokollarının hazırlamasında və müzakirə zamanı razılaşdırılmış növbəti addımların davamlı monitorinqinin həyata keçirilməsində dəstək göstərilməsi.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi);
  • Maliyyə, investisiyaların təhlili və ya əlaqəli sahələr üzrə ən azı 2 il iş təcrübəsi;
  • MS Office və layihələrin idarə edilməsi üzrə müxtəlif proqramlarda səlis işləmək bacarığı;
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara malik olan şəxslərə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Əla kommunikasiya və münasibət qurmaq bacarıqları;
  • Güclü analitik və problem həlletmə bacarıqları;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 31 iyul 2025-ci il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Characters remaining: 300