Birgə investisiyalar şöbəsinin böyük mütəxəssisi

Deadline 31 August 2025

Azərbaycan İnvestisiya Holdinqi Korporativ maliyyə və investisiyalar departamentinin Birgə investisiyalar şöbəsinə “Böyük mütəxəssis” vəzifəsinə dinamik, müxtəlif investisiya sahələrində, o cümlədən özəl kapital (private equity), infrastruktur layihələri və vençur kapitalı sahələrində geniş təcrübəyə malik namizədlər üzrə vakant yerə işə qəbul elan edir. 

 

Vəzifə funksiyaları:

İnvestisiya fondlarının yaradılması və idarə olunması (origination and management of investment funds):

  • Xarici tərəfdaşlarla birgə investisiya fondlarının yaradılması və idarə olunmasında iştirak etmək.

Qiymətləndirmə və hərtərəfli təhlil (valuation and due diligence):

  • Hədəf şirkətlərin maliyyə, əməliyyat və hüquqi qiymətləndirmələrini əhatə edən hərtərəfli təhlilini və qiymətləndirilməsini həyata keçirmək.

İnvestisiya əməliyyatlarının icrası (deal execution):

  • İnvestisiya əməliyyatlarının icrasında iştirak etmək (strukturlaşdırmaq, müzakirələr aparmaq və tamamlamaq);
  • İnvestisiya layihələri və portfel idarəçiliyi üzrə rəhbərliyə strateji məlumatlar və tövsiyələr vermək.

 

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Özəl Kapital İnvestisiya şirkətləri, eyni zamanda Böyük dordlük (Big 4) şirkətlərində investisiya, korporativ maliyyə və digər müvafiq sahələr üzrə ən azı 3 il iş təcrübəsi;
  • Müxtəlif funksional komandalar və beynəlxalq tərəfdaşlarla, həmçinin müxtəlif layihələrdə uğurlu investisiyalar və portfel idarəçiliyi üzrə tutarlı təcrübə;
  • Güclü analitik və maliyyə modelləşdirməsi bacarıqları;
  • CFA, MBA kvalifikasiyalarına malik olan şəxslərə üstünlük verilir;
  • MS Office proqramlarında səlis işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (orta);
  • Əla kommunikasiya və münasibət qurmaq bacarıqları;
  • Dəyişkən və dinamik mühitdə uğurla işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 31 avqust 2025-ci il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Characters remaining: 300