SOCAR-ın Müşahidə Şurasında dəyişiklik edildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, iqtisadiyyat nazirinin müşaviri Anar Axundov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilib.