Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları”na sədr təyin edilib
Prezident İlham Əliyev Rövşən Rüstəmovu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə o, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad olunub.