Nazirlər Kabinetində Bakı şəhərində nəqliyyat sahəsinin vəziyyətinə həsr olunan işçi müşavirə keçirilib
Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib. Müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.