Londonda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri çərçivəsində Londonda AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun da iştirak etdiyi görüşdə tərəflər Bankla tərəfdaşlıq perspektivləri, bərpa olunan enerji, özəl sektorun dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.