“Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun xüsusi sessiyası Naxçıvan şəhərində təşkil olunub

05 iyn 2023
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image

“Bakı Enerji Həftəsi-2023” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan şəhərində təşkil olunan xüsusi sessiyanın iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində tədbir iştirakçıları ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət qurumlarının, Naxçıvan Muxtar Respublikasının aidiyyəti strukturlarının, Azərbaycan İnvestisiya Holdinqinin rəhbər şəxslərinin, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin, Bakı Enerji Forumuna qatılan xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan Naxçıvan xüsusi sessiyası keçirilib.

Daha ətraflı: https://www.socar.az/az/post/heyder-eliyev-ili-cercivesinde-baki-enerji-forumunun-xususi-sessiyasi-naxcivan-seherinde-teskil-olunub