Bakıda İllik İnnovasiya Sammiti keçirilib
13 dekabr 2022-ci il tarixində PASHA Holding LLC-nin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə İllik İnnovasiya Sammiti baş tutub.
Ölkəmizdə innovasiya ekosisteminin qurulmasına dəstək göstərmək məqsədilə keçirilən sammitdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.
Sammit zamanı aparıcı yerli və xarici şirkət nümayəndələrinin, dünyaca məşhur spikerlərin iştirakı ilə təqdimatlar, panel müzakirələri də keçirilib.
Çıxışçılar innovasiya ekosistemində rəqabətlilik, dəyişən qlobal mənzərədə texnoloji və innovativ mühitə inteqrasiya, telekommunikasiya, maliyyə sahələrində rəqəmsala sürətli keçid mövzuları ilə bağlı geniş auditoriya ilə fikirlərini bölüşüblər.