"Bakı Metropoliteni"nin Müşahidə Şurasında dəyişiklik edildi
Prezident İlham Əliyev “Bakı Metropoliteni" QSC-nin (ASCO) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Günel Cavadova ilə əvəz olunub.
Daha ətraflı: https://president.az/az/articles/view/56032