"Azərsığorta"nın Direktorlar Şurasının tərkibi təsdiqlənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, "Azərsığorta" ASC-nin Direktorlar Şurasının tərkibi təsdiq edilib.
Sərəncama əsasən, Şuranın sədri Azər Bayramov (maliyyə nazirinin müavini), üzvləri isə Xəyyam Məmmədov (Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini), Gündüz Əliyev (Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini) təyin edilib.