“Azərsığorta”ASC-nin Direktorlar Şurasının tərkibi təsdiqlənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, "Azərsığorta" ASC-nin Direktorlar Şurasının tərkibi aşağıdakı kimi təsdiq edilib:
Direktorlar Şurasının sədri:
Azər Bayramov – maliyyə nazirinin müavini
Direktorlar Şurasının üzvləri:
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.