AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib
AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsini təmin etmək məqsədilə razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur. Yüksək səmərəli hava gəmiləri aviaşirkətə marşrut şəbəkəsini və ölkəyə turist cəlb etmək imkanlarını genişləndirməyə şərait yaradacaq.
Çevikliyi, uzaq məsafəli uçuşları və yanacağa qənaəti sayəsində “Boeing 787 Dreamliner” təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verib. Yeni “Dreamliner” təyyarələri “Azərbaycan Hava Yolları”na Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək.
Daha ətraflı: https://www.azal.az/az/article/1380